MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş konsert proqramı baş tutdu.
Əvvəlcə MOK-in baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və dünyanın 15 ölkəsinin Olimpiya Komitələrinin prezidentləri, rəsmi şəxsləri OCEP pavilyonuna baxış keçirib. OCEP proqramına daxil olan 8 məktəbin təmsil etdikləri ölkələrlə bağlı məlumat xarakterli pavilyonu qonaqların marağına səbıb olub. Pavilyonda Bakı Şəhəri A. Vəliyev adına 286 saylı tam orta məktəb- Polşanı, E. Əliyev adına 162 saylı tam orta məktəb- Yunanıstanı, Namiq Həmzəyev adına 238 saylı tam orta məktəb-Gürcüstanı, Y. Kovalyov adına 229 saylı tam orta məktəbi- Slovakiyanı, 158 saylı tam orta məktəb - İtaliyanı, İlyas Əfəndiyev adına Elitar Gimnaziya -Türkiyəni, Bakı Avropa litseyi- Yaponiyanı və Zaur Məmmədov adlna 171 saylı tam orfa məktəb -Sloveniyanı təmsil edib.
Məktəblilər təmsil etdikləri ölkələrin Oıimpiya çempionları, adət-ənənələri, mədəniyyəti və mətbəxi haqda məlumatları qonaqlara təqdim ediblər. Pavilyona baxışdan sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində OCEP proqramının iştirakçısı olan İspaniyanı təmsil edın Bülbül adına Orta İxtisas musiqi məktəbinin şagirdlərinin möhtəşəm konserti baş tutub. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertin sonunda isə xalq artisti, MOK-un səfiri Tünzalə Ağayeva Azərbaycan Televiziyası və Radiosu Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xorunun üzvlərinin iştirakı ilə “Bizim Zaman” mahnısını ifa edib. Bu ifaya OCEP proqramına daxil olan 54 məktəbin şagirdləri təmsil etdikləri ölkələrin bayraqları ilə qoşulublar. Konsert proqramının OCEP-in dostluq, sülh ideyasını təbliğ edən sonluğunu qonaqlar ayaq üstə alqışlayıblar.
MOk-un 30 illik yubileyinə həsr olunan OCEP proqramı məktəblərinin xüsusi tədbrində proqramın tərkibində olan 54 məktəbin direktor, müəllim və şagirdləri də iştirak ediblər.
Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” nı (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Həmrəyliyi və Avropa Olimpiya Komitəsi, həmçinin Təhsil Nazirliyi və Festivalın Əməliyyat Komitəsi birgə təşkil edib. OCEP proqramının Avropa Gənclər Olimpiya Festivalının yay-qış buraxılışlarında, Olimpiya Oyunları və hətta istənilən böyük idman tədbirləri çərçivəsində də İcra olunması mümkündür.