"BakuBus" istehsalat bazasına və "Sürücü Təlim Mərkəzi"nə ekskursiya baş tutub

ESTAFET/ Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin “BakuBus” istehsalat bazasına və “Sürücü Təlim Mərkəzi”nə ekskursiyası baş tutub.

Ekskursiyanın məqsədi yeniyetmə və gənclərin peşə seçimində istiqamətlərdən biri ola biləcək ictimai nəqliyyat sahəsi və iş prinsipləri ilə tanış etməklə yanaşı, həm də ictimai nəqliyyatdan istifadəyə təşviq etməkdir.

Ekskursiya iştirakşıları nzibati bina, daha sonra tibb otağında avtobus sürücülərinin müayinədən keçirilmə, dispetçer otağında marşrut xəttinə çıxarılmış avtobusların izlənmə və idarəetmə, təmir mərkəzində avtobusların baxışdan keçirilmə, yuyucuda avtobusların yuyulma prosesi ilə tanış olublar.

Bunun ardınca “Sürücü Təlim Mərkəzi” MMC-yə yollanan yeniyetmə və gənclər Mərkəzin inzibati binası, təlim otaqları, avtobus simulyatoru ilə tanış olublar. Təlimçinin simulyatordan istifadə ilə bağlı verdiyi izahatdan sonra və onun birbaşa dəstəyi ilə simulyatorda özlərinin sürücülük qabiliyyətini sınaqdan keçiriblər.

Sonda Bakı Nəqliyyat Agentliyi tərəfindən ekskursiya iştirakçılarına 100 gedişlik “Bakıkart” hədiyyə olundu.

Müəllif: Bəhruz MƏMMƏDOV