“Sabah” bombardiri ilə müqaviləni yenilədi

ESTAFET/ “Sabah” yarımmüdafiəçisi Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

Almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilənin müddəti artırılıb.

Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

Müəllif: Orxan NOVRUZOV