Şəhriyar uğursuzluq zolağından çıxa bilmir

ESTAFET/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib.

Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu - səkkisizinci sırada qərarlaşıb.

Mükafat fondu 210 000 ABŞ dolları olan turnirə noyabrın 20-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV