"Barselona" mundiala rekord sayda oyunçu yola salır

ESTAFET/ “Barselona” Qətərdə keçiriləcək dünya çempionatına rekord sayda oyunçu göndərir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisinin 17 futbolçusu DÇ-2022 üçün milli komandalarına çağırılıb.

Bu rəqəm bütün dünya çempionatları tarixində rekord göstəricidir. “Barselona”dan dünya çempionatına gedəcək futbolçular Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert Levandovski (Polşa), Usman Dembele, Jül Kunde (hər ikisi Fransa), Rafinya (Braziliya), Memfis Depay, Frenki de Yonq (hər ikisi Niderland) və Ronald Arauxodur (Uruqvay).

Qeyd edək ki, mundial noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV