Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

ESTAFET/ Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 66 komandanın 326 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq.

Birincilikdə qaliblərin adına noyabrın 27-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.

Müəllif: Natiq NƏSİROV