Yeni mövsüm start götürür - Azərbaycan Kuboku

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümü start götürəcək. Bir oyundan ibarət olacaq 1/8 finalın ilk günündə 3 görüş keçiriləcək.

MOİK - "Səbail" və "Şamaxı" - "Turan Tovuz" matçları eyni vaxtda başlayacaq. "Hərbçilər" və "dənizçilər" indiyədək ölkə kubokunda qarşılaşmayıblar. "Şamaxı" və "Turan Tovuz" komandalarının isə kubokda yolları yalnız bir dəfə kəsişib. 7 il əvvəlki görüşdə qələbəni "şirlər" qazanıb - 3:1.

Günün son oyununda "Qəbələ" aşağı dəstə təmsilçisi "Araz Naxçıvan"ı qəbul edəcək. Bu, iki komandanın Azərbaycan kubokunda öz aralarında ilk dueli olacaq.

Qeyd edək ki, 1/8 finalın "Sabah” - “Qaradağ Lökbatan”, “Mingəçevir” - “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.

Azərbaycan Kuboku
1/8 final

22 noyabr 2022

14:00. MOİK – “Səbail”
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu

Müəllif: Əli FƏRZƏLİYEV