Nazir təşəbbüsə qoşulub şağırış etdi

ESTAFET/ Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.

Nazir bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. Fərid Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.

Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.

Müəllif: Estafet.az