Azərbaycan Basketbol Liqasında 8-ci tur yekunlaşdı

4 dekabr tarixində Astara Olimpiya İdman Kompleksində, "Olimpik Şəki BK" və "Gəncə BK" komandalarının arasında keçirilən oyun ilə  Azərbaycan Basketbol Liqasının (ABL) 8-ci turuna yekun vuruldu. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada "Gəncə BK" 80-105 hesablı qələbə qazanaraq, turnir cədvəlinin liderliyinə yüksəldi. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" ( Ceyson Brauer - 23 xal, 9 ribaund ), "Gəncə BK" ( Kollin Törner - 25 xal, 11 ribaund ).

Qeyd edək ki, 9-cu turun oyunları 7, 10 və 11 dekabr tarixlərində keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ