Azərbaycan çempionatının fərdi yarışlarına yekun vuruldu

2-4 dekabr tarixlərində Bakı İdman Sarayında keçirilən yarışa 68 klub, cəmiyyət və idman təşkilatından 363 (285 kişi, 78 qadın) cüdoçu qatılıb.

Çempionatın fərdi yarışlarının sonuncu günü kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu, 3-cü yerə isə Cüdo Klub 2012 layiq görülüb. 16 komanda müxtəlif əyarlı medal qazanıb.

Qaliblərin siyahısını təqdim edirik:

Qadınlar

-48 kq.
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva
3. Aişə Qurbanlı
3. Könül Əliyeva

-52 kq.
1. Aydan Vəliyeva
2. Zeynəb Məmmədova
3. Aytən Verdiyeva
3. Xədicə Qədəşova

-57 kq.
1. Fidan Əlizadə
2. Səbinə Əliyeva
3. Vüsalə Kərimova
3. Nuray Quliyeva

-63 kq.
1. Aytac Qardaşxanlı
2. Nərgiz Hacıyeva
3. Rahidə Cavadova
3. Diana Şoranova

-70 kq.
1. Günel Həsənli
2. Sudabə Ağayeva
3. Pərvanə Abdullayeva
3. Aysu Həsənova

-78 kq.
1. Nərmin Əmirli
2. Aytəkin Paşazadə
3. Səmaya Əliyeva

+78 kq.
1. Nigar Süleymanova
2. Qönçə Cəfərli
3. Xədicə Rəşidova
3. Elnarə Rəşidova

Kişilər

-60 kq.
1. Nazir Talıbov
2. Kənan İsmayılov
3. Turan Bayramov
3. Rövşən Əliyev

-66 kq.
1. Yaşar Nəcəfov
2. Samir Piriyev
3. Ruslan Paşayev
3. Tofiq Məmmədov

-73 kq.
1. Nurlan Osmanov
2. Telman Vəliyev
3. Ayxan Tanrıverdiyev
3. Vüsal Qələndərzadə

-81 kq.
1. Zelim Tckayev
2. Ömər Rəcəbli
3. Kərim Allahverdiyev
3. Məhərrəm İmamverdiyev

-90 kq.
1. Elcan Hacıyev
2. Paşa Əliyev
3. Əjdər Bağırov
3. Musa Hüseynli

-100 kq.
1. Zelim Kotsoyev
2. Aslan Mirzəyev
3. Orxan Yaqubov
3. Ruslan Nəsirli

+100 kq.
1. Camal Qamzatxanov
2. Kənan Nəsibov
3. Şahin Qəhrəmanov
3. Camal Feyziyev

Müəllif: Natiq NƏSİROV