Azərbaycan Basketbol Liqasında 9 -cu tura start verildi

7 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında, "Sabah BK" və "AAAF Xırdalan BK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9 -cu turu start götürdü. Son topa qədər davam edən oyunda "AAAF Xırdalan BK" rəqibi üzərində 82-84 hesablı qələbəyə sevindi. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Endryu Korum - 32 xal, 17 ribaund ), "Sabah BK" (Entoni Patti - 23 xal, 12 ribaund )

Qeyd edək ki, 9 -cu turun digər oyunları ( "NTD BK" - "Olimpik Şəki BK", "Neftçi İK" - "Sərhədçi PİK", "Gəncə BK" - "Zirvə Astara BK" ) 10 və 11 dekabr tarixində, "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ