Şahmat üzrə Dünya Kuboku Bakıda

ESTAFET/ Şahmat üzrə 2023-cü ildəki Dünya Kuboku Bakıda keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyası (FIDE) turnirin ölkəmizdə təşkil olunması ilə əlaqədar qərar qəbul edib. 2023-cü ildə iyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək.

Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə mötəbər turnirə ev sahibliyi edib.

Müəllif: Natiq NƏSİROV