Taekvondo üzrə ölkə çempionatı start götürür!

2-3 aprel tarixlərində Hövsan qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda 16-21 yaşlılar arasında taekvondo üzrə ölkə çempionatı keçiriləcək.
Yarışda 165 taekvondoçu – 107 kişi və 58 qadın idmançı çempionluq uğrunda mübarizə aparacaq.
