Azərbaycan Basketbol Liqasında 10-cu tura start verildi

ESTAFET/ 14 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında, "Sərhədçi PİK" və "Olimpik Şəki BK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turu start götürdü. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən "Sərhədçi PİK" basketbolçuları rəqibi üzərində 99-80 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Endar Poladxanlı- 29 xal, 5 asist ), "Olimpik Şəki BK" (Anar Hacıyev - 20 xal, 6 ribaund )

Qeyd edək ki, 10-cu turun digər oyunları ( "Neftçi İK" - "Sabah BK", "AAAF Xırdalan BK" - "Gəncə BK", "Zirvə Astara BK" - "NTD BK" ) 17 və 18 dekabr tarixlərində baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ