"Basketbol Azərbaycanda yeni səviyyəyə çatıb" Bəhram Abdinov

NTD klubun prezidenti Bəhram Abdinov Azərbaycan kubokunda qələbəni şərh edib:
“Bu Kubok bizim üçün çox böyük əhəmiyyətə malikdir. Tamamilə fərqli emosiyalar yaşayırıq. Son üç ildə Azərbaycanda basketbol fərqli səviyyəyə çatıb. Və əvvəlki iki mövsümdə həm çempionatda, həm də Kubokda son anda dayanırdıq. Buna görə də bu qələbə bizim üçün çox vacibdir. Maraqlı olan budur ki, bu mövsümdə heç kim bizi ciddi qəbul etmirdi. NTD liqada A qrupunda sonuncu yerdədir. Bəzən belə olur. Biz komandamızı yenidən qurduq, oyunlara yaxşı hazırlaşdıq və layiqli titulu qazandıq. Ən sevindirici isə odur ki, heyətimizdə yerli 16 yaşlı uşaqlar da oynadı. Murad Babayev nə yarımfinalda, nə də finalda oynadı. Onun yerinə çıxış edən gənc oyunçular isə qələbəmizə böyük töhfə verdilər. Bu məni çox sevindirir”.
