"Dördlər finalı"nın püşkatmasının vaxtı açıqlandı - Millətlər Liqası

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb.

Qitənin ali futbol qurumunun rəsmi saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma 2023-cü il yanvarın 25-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.

Xatırladaq ki, "Dördlər finalı" gələn il 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.

Müəllif: Orxan NOVRUZOV