Azərbaycan Basketbol Liqasında 10-cu turun daha iki oyunu keçirildi

ESTAFET/ 17 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü "Neftçi İK" və "Sabah BK" komandaları arasında keçirildi. Oyun sürətli başlayan "Sabah BK" basketbolçuları rəqibi üzərində 99-81 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular:  "Neftçi İK" ( Dennis Cons - 17 xal, 8 ribaund ), "Sabah BK" ( Fuad Niftəliyev - 18 xal, 3 asist ). Günün son oyununda "AAAF Xırdalan BK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəldilər. "AAAF Xırdalan BK" komandası rəqibi üzərində 85-71  hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə şərik oldu. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Devin Pullun - 33 xal, 5 ribaund ), "Gəncə BK" (Celon Perri - 20 xal, 4 ribaund )

Qeyd edək ki, turun bağlanış oyunu 18 dekabr saat 15:00 tarixində, Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "NTD BK"  komandaları arasında keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ