KANİBOLOTSKİ RƏSMƏN "QARABAĞ"DA
ESTAFET/ "Qarabağ" 2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam edir. Klub ilk əcnəbi transferini reallaşdırıb. Ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalanıb və qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.
Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.