"Neftçi" - Ayaz Quliyev məsələsində son nöqtə

ESTAFET/ Adı "Neftçi" ətrafında hallanan Rusiyanın "Ximki" klubunun futbolçusu Ayaz Quliyevin mümkün transfer məsələsinə son nöqtə qoyulub. Əslən Azərbaycandan olan 26 yaşlı mərkəz yarımmüdafiəçisinin transferi çox baha olduğundan, onu reallaşdırmaq "ağ-qaralar"a sərf etmir. 

Belə ki, "Neftçi"nin maraqlandığı və hazırda Rusiya vətəndaşı olan Ayaza görə istənilən məbləğ səviyyəsinə görə xərclənəcək vəsaitə uyğun gəlmir. 

Onu da bildirək ki, bu yay "Ximki"yə keçən Quliyevin klubuyla hələ ilyarımlıq müqaviləsi var. Rusiya mətbuatında onun milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunacağı haqda mütəmadi xəbərlər yer alır. (sport24.az)

Müəllif: Məsim MƏSİMZADƏ