“Şamaxı”da növbəti ayrılıq

ESTAFET/ "Şamaxı" Futbol Klubunda növbəti ayrılıq baş tutub.

Yarımmüdafiəçi Bəhruz Teymurovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Teymurova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, sözügedən klub ötən gün Samir Qurbanovla da yolların ayrıldığını açıqlamışdı.

Müəllif: Məsim MƏSİMZADƏ