“Qarabağ”ın legioneri Leandro Andrade karyerasını Rusiyada

ESTAFET “Qarabağ”ın legioneri Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər. Sport24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Premyer Liqasında çıxış edən “Krasnodar” kabo-verdeli yarımmüdafiəçini hədəfə alıb.

​Ağdam təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulan Andradenin cari mövsümdə keçirdiyi 15 matçda 1 qol və 7 məhsuldar ötürmə var.

Müəllif: Orxan NOVRUZOV