"Qarabağ" rəsmisi "Krasnodar"ın Andradeni istəməsi xəbəri haqda Rusiya mətbuatına danışdı

ESTAFET/ Rusiya mətbuatında "Qarabağ"ın futbolçusu Leandro Andradenin "Krasnodar"a keçə biləcəyi haqda xəbər yayılıb. Sport24.az xəbər verir ki, "Евро-Футбол.Ру" portalı Premyer Liqa klubunun kabe-verdelini transfer etmək fikrində olduğunu yazıb. 

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə Sport24.ru-ya açıqlamasında "Krasnodar"ın Leandroya maraq göstərməsi xəbəri doğru olmadığını deyib: "Bu, sadəcə feykdir. Klubumuza heç bir təklif gəlməyib. Futbolçu özü də, bu barədə ilk dəfədir xəbər tutur. Ona Rusiyadan maraq yoxdur. Leandro ilə heç kim danışıq aparmayıb".

Xatırladaq ki, 23 yaşlı Andrade "Çerno More"dən "Qarabağ"a keçib. Onun hazırkı klubu ilə 2025-ci ilə qədərdir.

Müəllif: Orxan NOVRUZOV