AzTU-nun basketbol komandasından böyükhesablı qalibiyyət

Dekabrın 15-də Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə start götürən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən yarışlarda bu dəfə AzTU-nun rəqibi Bakı Mühəndislik Universitetinin (BMU) komandası olub. Maraqlı keçən qarşılaşmada oyun 94:46 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Müəllif: Məsim MƏSİMZADƏ