"NTD" basketbolçuları turnir cədvəlinin ilk pilləsinə şərik oldular

24 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 11-ci turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü "AAAF Xırdalan BK" və "NTD BK" komandaları arasında keçirildi. Oyuna sürətli başlayan paytaxt basketbolçuları rəqibi üzərində 108-80 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular:  "AAAF Xırdalan BK" ( Devin Pullum - 17 xal, 7 asist), "NTD BK" ( Londell King - 37 xal, 20 ribaund ). Günün son oyununda "Sərhədçi PİK" və "Zirvə Astara BK" basketbolçuları üz-üzə gəldilər. Sərhədçilər oyuna fəal başlayaraq, yekunda rəqibi üzərində 94-84 hesabılı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Sərhdəçi PİK" ( Endar Poladxanlı- 33 xal, 9 ribaund ), "Zirvə Astara BK" (Ruşhard Kruikşenk - 37 xal, 7 ribaund )

Qeyd edək ki, turun bağlanış oyunu 25 dekabr saat 15:00 tarixində, Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki BK" və "Neftçi İK"  komandaları arasında keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ