Mini-futbol turnirinin Sabunçu rayon final mərhələsi keçirilmişdir

Ramana İdman Mərkəzində oktyabr ayından startı verilən “İdmanla sağlam gələcək”devizi altında 2009-2011-ci il təvəllüdlülər arasında keçirilən mini-futbol turnirinin Sabunçu rayon final mərhələsi keçirilmişdir.

Turnirin finalında 137nömrəli məktəbin (Ramana) və 169 nömrəli məktəbin (Bakıxanov) komandaları qarşılaşmışdır. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 2:3 hesabı ilə 169 nömrəli məktəbin komandası (Bakıxanov) qalib gəlmişdir.

Qaliblər Sabunçu rayon icra hakimiyyətinin başçısının müavini Rəna Fərəcova,Sabunçu rayon icra hakimiyyətininin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov,Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin baş məsləhətçisi Cəlil Əlizadə,137 nömrəli məktəbin direktoru Mətanət Abdullayeva və 169 nömrəli məktəbin direktoru İbadov Namik tərəfindən mükafatlandırılmışdır.

Müəllif: Bəhruz MƏMMƏDOV