FİF-in Himayəçilər Şurasının 2022-ci il üçün onlayn formatda yekun iclası keçirilib

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının 2022-ci il üçün onlayn formatda yekun iclası keçirilib.

İclasda Himayəçilər Şurasının sədri Vəli Qasımov, Himayəçilər şurasının üzvləri Asim Xudiyev, Anar Həsənov, Sona Abbasova, Şaiq Qəribzadə və Rüstəm Əfsərli iştirak edib.

İlk olaraq, FİF-in icraçı direktoru Tural Piriyev fondun regionlardakı fəaliyyəti, həyata keçirilən tədbirlər və layihələr barədə təqdimatla çıxış edib.

Daha sonra FİF-in layihə meneceri Səbinə Kələşova fondun dövlət və beynəlxalq qurumlarla əməkdaşlıqları, planlanan layihələr və “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsi barəsində ətraflı məlumat verib.

İclasın sonunda Vergi Məcəlləsinə dəyişiklik təklifi və digər məsələlər müzakirə olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV