“Verder” yarımmüdafiəçisi ilə yollarını ayırıb

ESTAFET/ Almaniyanın “Verder” klubu yarımmüdafiəçisi Nikolay Rappla yollarını ayırıb.

26 yaşlı futbolçu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”ə keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Rappın bu mövsümün sonuna kimi icarə əsasında “Kayzerslautern”in uğurları üçün çalışacağı açıqlanıb.

“Hoffenhaym”ın yetirməsiolan futbolçu “Qroyter”, “Ersgebirge”, “Union Berlin”, “Darmştadt” kimi klubların da formasını geyinib. O, 2021-ci ilin iyunundan “Verder”in uğurları üçün çalışırdı.

Müəllif: Məsim MƏSİMZADƏ