“Liverpul”un futbolçusu üçün əlamətdar matç

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş “Brentford”la səfər oyunu “Liverpul”un hücumçusu Aleks Oksleyd-Çemberlen üçün əlamətdar olub.

1:3 hesablı məğlubiyyətə üzüldükləri görüşdə komandasının təsəlli qolunu məhz Çemberlen vurub.

Bu oyun onun “Liverpul”dakı 100-cü Premyer Liqa matçı kimi tarixə düşüb. Nəticədə Aleks İngiltərə çempionatındakı 100-cü oyununda qol vurmağı bacaran 8-ci futbolçu olub. 

Bu uğura son olaraq Məhəmməd Salah imza atmışdı. Misirli hücumçu buna 2020-ci ilin martında nail olmuşdu.

Xatırladaq ki, bu mövsüm “Liverpul”un heyətində cəmi 7 oyun keçirmiş Oksleyd-Çemberlen, ilk qoluna imza atıb.

Müəllif: Natiq NƏSİROV