Ovusu Macarıstan klubunda

ESTAFET/ “Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayıb.

Budapeştə yollanan qanalı hücumçu 2 illik sözləşməyə imza atıb.

25 yaşlı forvard yeni komandasına bu mövsümün sonunda qoşulacaq.

Xatırladaq ki,  2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusu Ağdam təmsilçisində 77 oyuna 19 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət Türkiyənin “Ankaragücü” klubunda icarədə də oynayıb. Futbolçunun Ağdam klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. (Report.az)

Müəllif: Orxan NOVRUZOV