Blindin yeni klubu bəlli olub

ESTAFET/ “Ayaks”dan ayrılan Deyli Blindin yeni iş yeri müəyyənləşib.

Niderlandlı müdafiəçi bundan sonra Almaniyanın “Bayern” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Xatırladaq ki, Blind 2022-ci ilin 27 dekabrında “Ayaks”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmiş və azad agent statusu almışdı. O, “Qroningen” və “Mançester Yunayted”də də oynayıb.

Müəllif: Natiq NƏSİROV