Azərbaycanlı hakim avrokubok oyununda

ESTAFET/ Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev avrokubok oyununa təyinat alıb.

O, yanvarın 12-də qadın komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin “Sent-Benedek” (Macarıstan) – “Dukla” (Çexiya) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək.

Görüş Budapeştdə baş tutacaq. Birinci hakim Alin Mateyzer (Rumıniya) olacaq.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Nikalina Başnakova "Sent-Benedek"də çıxış edir.

Müəllif: Bəhruz MƏMMƏDOV