Məmmədzadə Çində liderdir

ESTAFET/ Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində təşkil olunan “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində mübarizəyə başlayıb.

Rapid üzrə keçirilən yarışda ilk gündə 6 tur oynanılıb. Günay görüşlərindən 4,5 xal toplayıb və Bibisara Assaubayeva (Qazaxıstan) ilə liderliyi bölüşür. 

Ən yaxın izləyiciləri onlardan bir xal geri qalır.

Qeyd edək ki, 12 şahmatçının qatıldığı və dairəvi sistem üzrə keçirilən yarışa bu gün yekun vurulacaq.

 

Müəllif: Natiq NƏSİROV