Səfərli Almaniyada keçirilən turnirin qalibi oldu
ESTAFET/ Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada təşkil olunan "Staufer-Open" turnirinin qalibi olub.
30 yaşlı qrossmeyster sonuncu turda ev sahibi Lev Yankeleviçə qalib gəlib.
Yekunda 7 xal toplayan Səfərli əlavə göstəricilərə görə dörd rəqibini qabaqlayıb.
Qeyd edək ki, yarışda ümumilikdə 200 şahmatçı iştirak edib.