Azər Əliyev ölkəmizdə səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti ilə görüşüb

Yanvarın 19-da Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev Azərbaycanda səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb.

MOK-un mətbuat xidmətinin məlumatına görə, qonağı salamlayan Azər Əliyev bildirib ki, Azərbaycanın xüsusilə fərqləndiyi, Olimpiya medalları qazandığı idman növləri var. Malayziya isə badminton, velosiped və.s bu kimi idman növlərində güclü idmançılar yetişdirir. Onun sözlərinə görə, tərəflər bu idman növləri üzrə mütəxəssilərin yetişdirilməsi və idmançıalrın təlimi məqsədilə qarşılıqlı əməkdaşlıq edə bilərlər.

MOK-un Baş Katibi Azər Əliyev onu da qeyd edib ki,  Azərbaycan Prezidenti İlham Əliyev ölkədə idmanın inkişafına şəxsən böyük diqqət ayırır. “MOK-un Prezidenti İlham Əliyev İdman növlərinə və bədən tərbiyəsinə diqqət və qayğı göstəir. Məhz bu səbəbdən  idmançılarımız beynəlxalq yarışlarda uğur qazanır.”

Səmimi görüşə görə minnətdarlıq edən Norza Zəkəriyyə qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlərlə bağlı təklifi yüksək qiymətləndirib. Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə bildirib ki, “Bu günə kimi Olimpiya qızılı qazanmayan Malyaziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır.” Görüşdə Azərbaycan və Malaziya Olimpiya Komitələri arasında əməkdaşlıq haqda sənəd imzalanmasına dair də fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan və Malaziya Milli Olimpiya Komitələrinin xüsusi hədiyyələri təqdim olundu.

Müəllif: Natiq NƏSİROV