“Turan Tovuz”da alban hücumçu

ESTAFET/ “Turan Tovuz” növbəti transferini rəsmiləşdirib. Albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

“Vlajniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.

Müəllif: Natiq NƏSİROV