Camal Hill UFC çempionu oldu

ESTAFET/ Amerikalı Camal Hill yarım ağır çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi olub. 

O, titul uğrunda döyüşdə braziliyalı Qlover Teyşeyranı məğlub edib.

İdmançı hakimlərin yekdil qərarı ilə qalib gəlib.

31 yaşlı Hill ilk dəfə yarım ağır çəkili UFC çempionu olub.

Müəllif: Natiq NƏSİROV