BDU tələbəsi Kapoeyra üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbəsi Xədicə Zeynallı Macarıstanın paytaxtı Budapeştdə keçirilən Kapoeyra üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Ümumilikdə 11 medal qazanan Azərbaycan millisi medalların sayına görə Avropa çempionatında I yerə layiq görülüb.
Tələbəmizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!