Baş məşqçisi Emrelinin son durumunu açıqladı

ESTAFET/ Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Ante Çaçiç azərbaycanlı futbolçu Mahir Emrelinin son durumunu açıqlayıb.

Xorvatiya mətbuatının məlumatına görə, 70 yaşlı mütəxəssis açıqlamasında Mahirin zədəsini sağaltdığını və komanda ilə birlikdə olduğunu deyib.

O, bir müddət öncə belində ağrıları olan 26 yaşlı hücumçunun 19-cu turda “Lokomotiva”ya qarşı paytaxt derbisində oynaya biləcəyini söyləyib.

Yanvarın 28-də keçiriləcək “Dinamo” – “Lokomotiva” matçı saat 20:10-da start götürəcək.

Müəllif: Orxan NOVRUZOV