“Sabah”dan 150-ci qol

ESTAFET/ “Sabah” Premyer Liqada 150-ci qolunu vurub. Bu, “Neftçi” ilə qarşılaşmaya təsadüf edib. 

Misli Premyer Liqasının XIX turunda hesabı açan Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

Yüksək liqada 2018/19 mövsümündə debüt edən Bakı klubu “150”yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan “Sabah”ın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqlənib.

Qeyd edək ki, “Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.

Müəllif: Məsim MƏSİMZADƏ