Klublarımız ötən il transferlərə nə qədər xərcləyib?

ESTAFET/ Azərbaycan klublarının 2022-ci ildə transferlərə xərclədiyi vəsait məlum olub.

Bu barədə FİFA-nın açıqladığı hesabatda bildirilib.

Azərbaycan təmsilçiləri futbolçu keçidləri üçün ümumilikdə 1,5 milyon dollar ödəyiblər.

Ötən il Azərbaycanda 103 futbolçu transferi reallaşıb. 103 futbolçunun keçidi 12 klubun iştirakı ilə baş tutub. 56 oyunçu isə Azərbaycanı başqa ölkələrə dəyişib.

Müəllif: Zaur HACIYEV