Finalın ilk görüşündə Əsədli qalib gəldi

ESTAFET/ Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib.

Çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylinin məğlub edərək üstünlük qazanıb.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə oynayıb.

Bu gün şahmatçılar arasında cavab oyunları keçiriləcək.

Xatırladaq ki, iki oyundan sonra hesab bərabər olarsa, tay-brek oynanılacaq.

Müəllif: Natiq NƏSİROV