Portuqaliya Qran Pri turnirinin ikinci günündə 3 cüdoçumuz tatamiyə çıxacaq

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turniri davam edir.

Yanvarın 28-də 4 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxacaq.

Yarışın ikinci günündə kişilər arasında -73 kq. çəkidə Vüsal Qələndərzadə və Nurlan Osmanov, -81 kq. çəkidə Rüstəm Orucov və Elcan Hacıyev medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -63 kq. çəkidə Aytac Qardaşxanlı və -70 kq. çəkidə Südabə Ağayeva güclərini sınayacaq.

Turnir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Yarışı canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz.

İdmançılarımıza uğurlar arzulayırıq!

Müəllif: Natiq NƏSİROV