Yığmamız Qazaxıstanda TMT-də iştirak edir

ESTAFET/ Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanın Almatı şəhərində yerləşən Akbulak İdman Mərkəzində təlim-məşq toplanışındadır.

Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova Qazaxıstanla yanaşı İspaniya, Ukrayna, Yunanıstan və Bolqarıstan yığmaları ilə birgə hazırlıq keçir.

Təlim-məşq toplanışı 10-12 fevralda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya kubokunun mərhələ yarışına hazırlıq xarakteri daşıyır.

Müəllif: Zaur HACIYEV