17-ci tura start verildi - ABL

ESTAFET/ 8 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində,  "NTD BK" və "Zirvə Astara BK" basketbolçuları arasında 17-ci turun açılış oyunu baş tutdu. Qarşılaşmadan əvvəl arenada, Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükut ilə yad edildi. Oyuna üstün başlayan "NTD BK" basketbolçuları yekunda parketdən 92-79 hesablı qələbə ilə ayrıldılar. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londel Kinq  - 36 xal, 11 ribaund ), "Zirve Astara BK" ( Ruşard Kruikşenk - 23 xal, 2 asist )

Qeyd edək ki, 17-ci turun digər görüşləri ( "Gəncə BK" - "AAAF Xırdalan BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK", "Sabah BK" - "Neftçi İK" ) 11, 12 və 13 fevral tarixlərində keçiriləcək

Müəllif: Məsim MƏSİMZADƏ