Yığmamız Göygöldə hazırlıq keçir
ESTAFET/ Cüdo üzrə qadınlardan ibarət Azərbaycan yığması Göygöldə təlim-məşq toplanışındadır.
Yığmamızın üzvləri fevralın 1-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçirlər.
Milli komandanın 24 üzvünün iştirak etdiyi təlim-məşq toplanışı 17 fevrala qədər davam edəcək.
Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.
İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.