Təmsilçilərimiz hakimlik dərəcələrini artırıblar
ESTAFET/ Fevralın 12-si və 13-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən batut gimnastikası və tamblinq üzrə hakimlik imtahanları keçirilib.
Təmsilçilərimizdən Kamil Quliyev (batut gimnastikası) və Rahib Əliyev (tamblinq) beynəlxalq hakimlik dərəcələrini artırıblar. Belə ki, Kamil Quliyev 2-ci, Rahib Əliyev isə 3-cü dərəcəni əldə edib.
Qeyd edək ki, FIG qaydalarına əsasən hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Qeyd edək ki, ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə 1, ən aşağı dərəcə isə 4-cüdür.