"Sərhədçi PİK" turnir cədvəlinin ilk pilləsinə şərik oldu

ESTAFET/ 19 fevral tarixində Astara Olimpiya İdman Kompleksində 18-ci turun bağlanış oyunu keçirildi. "Zirvə Astara BK" komandası doğma azarkeşlər önündə "Sərhədci PİK" basketbolçularını qəbul edirdi. Oyuna "Sərhədçi PİK" basketbolçuları sürətli başladılar və yekunda rəqibi üzərində 92-76 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Cerret Henderson - 21 xal, 10 ribaund), "Sərhədçi PİK" (Maksvel Starvud - 22 xal, 9 ribaund)

Qeyd edək ki, 19-cu turun oyunları 22-26 fevral tarixləri aralığında baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ