Azərbaycan Basketbol Kubokunun keçirilmə tarixi açıqlandı

ESTAFET/ 21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Kubokunun oyunları baş tutacaq. İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok oyunları dairəvi sistemdə oynanılacaq və qruplarda ilk iki yeri tutmuş komandalar, kubokun yarımfinalına vəsiqə qazanacaqlar. 26 mart tarixində isə kubokun final oyunu keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Basketbol Kubokunun püşkatma mərasimi 21 fevral tarixində baş tutacaq və federasiyanın rəsmi "youtube" səhifəsindən canlı yayımlanacaq

Müəllif: Məsim MƏSİMZADƏ