Azərbaycanı AÇ-də bu idmançılar təmsil edəcəklər

ESTAFET/ Bugün Estoniyanın paytaxtı Tallin şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına start veriləcək.

İlk yarış günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova, Fərəh Abbasova, Fidan Quliyeva və Valentina Zeynalova mübarizə aparacaq.

Yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında isə Mirxətai Məmmədov qüvvəsini sınayacaq. 

Müəllif: Natiq NƏSİROV