Krivotsyuk Cənubi Koreyada

ESTAFET/ Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) klubundan ayrılıb.

O, karyerasını Cənubi Koreyada davam etdirəcək. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

25 yaşlı müdafiəçi “Tecon Xana Sitizen” komandasının formasını geyinəcək. Polşa mənbələri koreyalıların “Visla”ya 600 min avro ödədiyini bildirib.

Qeyd edək ki, Krivotsyuk 2021-ci ilin yayında “Neftçi”dən Plotsk təmsilçisinə keçib. Debüt mövsümündə o, Ekstraklasada 16 və Polşa kubokunda 1 matç keçirərək 2 qol vurub. O, bu mövsüm 9 liqa və 2 kubok oyununda meydana çıxaraq 1 qola imza atıb.

Müəllif: Bəhruz MƏMMƏDOV